Dünyamdan dünyaya ..
Buzu titrədən bir soyuqluq var otaqda,
Ağır olur yaşamaq yəqin ürəy olanda.
Günəş az-az görünür,heç isitmir içimi,
Çətindi qaranlıqda yaxşı-pisin seçimi.
Divarlarda qış mövsümünün hökmü var,
Maneələr yaradır qarşıma çıxan yollar.
Addımlarım sıxlaşdı,bilmirəm qorxudanmı?
Durmadan dua edən indi ovuclarımmı? Continue reading →
Sev(m)irəm
Elə hərflər var ki,bəzən sözün ən kritik yerində gəlib öz hakimiyyətini qura bilir.
Halbuki 1 hərf artıq deyilmişdi.
O hərfi görməməzlikdən gəlmək istəyərsən.Amma boşuna,hər şey ortadadı açıqca..
Sonra ulduzlar bir bir düşər yerə.Günəş uzaaaq diyarlara köçər..
Sadəcə sən qalarsan tək başına.Həəə,bir də divardaki kölgən.
Sonra otağı aydınlatmaz şam işığı.Səninlə birlikdə o da əriyib gedər..Aysız gecədə bir işıq axtararsan.. Continue reading →
Bu da mənim etiraflarım :)
Etiraf edirəm ki əslində bu mövzuda yazmayacaqdım.Amma sağolsun Seymur estafeti mənə ötürüb,həm də Xəyal da mənə demişdi
Bundan sonra yazmamaq olmaz axı
Və etiraf edirəm ki İlkinin etirafları da mənim bu yazını yazmağıma təkan oldu
(Hürü,təkan dedim e başa düşürsən də :D )
Etiraf edirəm ki zəhləm getdiyim və xoşum gəldiyim insanlara eyni cür davranıram.Yalandan üzə gülə bilirəm ![]()
Etiraf edirəm ki dostluqda vəfasızam.Həmişə qarşıdakının addım atmasını gözləyirəm.
Etiraf edirəm ki insanların mənə qarşı elədikləri səhv hərəkətləri gec unuduram.Həzm edə bilmirəm.Amma qisas,intiqam mənniy deyil
Continue reading →
“Müasir İqtisad məktəbi”
İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. H.Əliyev.
- H.Əliyevin məşhur kəlamıyla başlamaq istədim bu blog-postuma.İxtisasım iqtisadiyyatın dövlət tənzimlənməsi olsa da,özümü kifayət qədər iqtisadi biliklərə və təcrübələrə malik bir tələbə kimi hiss etmirəm.Yəqin ki iqtisadiyyat üzrə təhsil alan yaşıdlarımdan mənim kimi düşünənlər çox olacaq.Çünki universitetdə biz ümumi anlayışlarla,ilkin biliklərlə tanış oluruq.Halbuki ixtisasımızı dərindən öyrənib gələcəyin iqtisadçı mütəxəssislərindən olmağı hər birimiz azulayarıq.
- Məlum oldugu kimi,İRƏLİ İctimai Birliyi yarandığı gündən etibarən bir çox layihələrə imza atıb. Continue reading →
İnsan modeli – “Maskalılar”
Bir sual var..Cavab tapa bilmədiyim..Bașa düşmürəm..”İnsan”dan danışırıqsa daxildəki və xaricdəki insanın bu qədər fərqli olduğunu..Məgərsə “insan” özünü bir qədər natamam gördüyü üçünmüş bütün bu oyunlar,olduğundan fərqli görünmə istəkləri və taxılan maskalar..”İnsan” özünü öz çərçivəsindən baxdığı kimi deyil,başqalarının görmək istədiyi kimi göstərirmiş ətrafındakılara..”İnsan” özünü başqalarına qəbul etdirmək istəyirmiş ki,başqaları onun olduğu kimi göründüyünü zənn etsin..
Görəsən maskaların azad və istəkli bir şəkildə çıxarıldığı bir yer varmı dünyada?
P.S. “İnsan” kimi “görünən“lərə həsr olunur.. Continue reading →
Normaldısa yaxşıdı….
_ Bugün necə keçdi,Əsmər?
+ Normal idi.Nə yaxşı,nə də pis.
_ Hm.Normaldısa yaxşıdı….
Əvvəl etiraz etmək istədim.Amma normal doğrudan da normaldı.Yəni standart.Ekstra bir pis xəbər,yaxud ekstra yaxşı xəbər yoxdu.Pis hadisənin olmaması yaxşıdı amma yaxşı hadisələrin də niyə bu qədər uzaqda qaldığını başa düşə bilmirəm
Nə vaxt bir şeyi çox istəsəm,bir şeyə çox bağlansam sonda ya özümü normal hiss edirəm,ya da hər şey pis qurtarır
Əslində hər duyğu sonda normala gəlib çıxır,həyatımızı qaldığımız yerdən davam edirik..
İnsanlara birdən birə inanmağım da onları normal olaraq sevməyim, ya da əvvəlki qədər sevməyib uzaqlaşmağım ilə nəticələnir.Yəni nə şəkildə olur olsun normala dönər yenə hər şey. Continue reading →
Hamını “Sığortalı Gələcək”ə səsləyirəm!
Əminəm ki hamımızın az da olsa sığorta haqqında anlayışı var.Amma əksəriyyətimiz bu barədə yetərincə maraqlanmamışıq.Elə mən də.Əvvəllər sığorta mənim üçün şirkət qismində çıxış edən və tv-lərdə bəzi veriliş və proqramların sponsoru kimi,həmçinin, yolda hansısa plakatların üstünü bəzəyən reklam anlayışından başqa bir şeyi ifadə etmirdi.Belə fikirləşirdim ki bu vaxt və pul itkisindən başqa bir şey deyil.
İnsan heç vaxt 5-10 il sonrasında nə olacağını təsəvvür edə bilmir.1 il bundan öncə heç vaxt ağlıma gəlməzdi ki mən blog yazaram,blog yazmağa başlayandan sonra isə heç vaxt təsəvvür etməzdim ki sığorta haqqında yazaram.Xeyr,sizə “About Schmidt” adlı filmdəki həyatının ən çətin günlərini yaşayan bir sığortaçının həyatını danışmaq fikrində deyiləm.Mənimki bəlkə də sıradan olacaq,amma öz fikirlərimi çatdırmaq istəyirəm.
Continue reading →




ツ Dostların fikirləri ツ